RU

Rusiya Aİİ çərçivəsində Ermənistanı iqtisadi sanksiyalarla hədələdi...


Sədrəddin Soltan: "Ermənistan bütün vasitələrdən istifadə edərək boğazını Rusiyanın əlindən azad etməyə çalışır"

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündə İrəvanın Aİİ-də fəaliyyətini davam etdirmək niyyətində olduğunu təsdiqləyib, Rusiya baş nazirinin müavini Aleksey Overçuk Qorno-Altayskda jurnalistlərə bu barədə bildirib.

O qeyd edib ki, Rusiya Ermənistanla Aİİ-də əməkdaşlığı müzakirə edir və bəzi məsələlərlə bağlı narahatlığını ifadə edir. Problemlər sırasında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin azalması və ticari-iqtisadi əməkdaşlıqda vəziyyətin yaxşılaşdırılması tədbirləri də var.

Paşinyan və Mişustin Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 798 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə 2,8 dəfədən çox azdır. İki ölkə arasında ticarət dövriyyəsi 2022-ci ildən malların təkrar satışı hesabına artıb. 2025-ci ilin yanvar-may aylarında Ermənistandan ixrac təqribən 1 milyard 97 milyon dollar, idxal isə (üçüncü ölkələrdən malların təkrar satışı da daxil olmaqla) 1 milyard 764 milyon dollar təşkil edib.

Rusiya Aİİ çərçivəsində Ermənistana iqtisadi sanksiyalar və ya buna oxşar hansısa məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilərmi?

Ermənistanı Rusiyadan asılı vəziyyətdə saxlayan boğazıdır. Yəni ölkə iqtisadiyyatının böyük hissəsi, demək olar ki, əsas sahələri Rusiyadan asılıdır. Rusiyanin inhasarına aid olan sahələrə təbii qaz təhcizatı, elektrik enerjisi istehsali, dəmiryolları şəbəkəsindən tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər geniş çeşidli sektorlar daxildir. Ona görə də Ermənistan bütün vasitələrdən istifadə edərək boğazını Rusiyanin əlindən azad etməyə çalışır. Rusiya da Ermənistanın belə zəif nöqtələrinə yaxşı bələd olduğundan bu istiqamətdə ona daima təzyiqlər göstərir.

Məsələn, Ermənistan Rusiyanın "patronluq" etdiyi KTMT-dən çıxmağa çalışır, amna bununla bərabər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlıği davam etdirmək istəyir. Bu özü Ermənistanın Rusiyadan asılılığının əsas göstəricisidir. Bunu baki-xeber.com saytına açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi sərhçi Sədrəddin Soltan deyib.

Siyasi şərhçi daha sonra qeyd etdi ki, Aİİ ilə əməkdaşlıq heç də bu ittifaqa daxil olan ölkələrlə ikitərəfli əməkdaşlıq deyil, bu, daha çox Rusiya ilə iqtisadi-ticarət əlaqəsi deməkdir. Ermənistan Aİİ-nin digər üzvləri ilə, məsələn Qazaxıstanla ticarət-iqtisadi əlaqələr qura bilər. Ancaq bu əlaqələrin ikitərəfli statusa malik olması üçün münasibətlər Aİİ şərtlərindən kənar qurulmalıdır. Bu isə Ermənistan üçün müəyyən itkilərə səbəb ola bilər.

Lakin Aİİ adindan Ermənistana sanksiyaların tətbiq edilməsi mümkun deyil. Çünkü bu halda Rusiya Aİİ-yə üzv olan digər ölkələrə də öz iradəsini qəbul etdirmiş olar.

Bununla belə, Rusiya Ermənistana istənilən zaman iqtisadi sahədə təzyiqlər etmək imkanını hələ ki, özündə saxlayır. Ermənistanda "Taşir" şirkətinin ayrı-ayrı törəmə müəssisələrinə qarşı həyata keçirilən əməliyyatlar da İrəvanın Moskvanın iqtisadi asılılığıňdan xilas olmaq cəhdlərindəndir".

Akif NƏSİRLİ

Избранный
40
baki-xeber.com

1Источники