RU

Gürcüstanda NATO təlimləri keçirilir

İyulun 25-də Gürcüstanda 12-ci dəfə keçirilən “Agile Spirit” çoxmillətli hərbi təlimləri başlayıb.

Yenisabah.az xəbər verir ki, təlimlər NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin yerləşdiyi Krtsanisi bazasında keçirilir.

“Agile Spirit 2025” təlimləri iki ölkədə - Gürcüstan və Türkiyədə keçirilir. Dördpendirli pizza

Təlimlər iyulun 21-də ABŞ və Türkiyənin birgə hava-desant əməliyyatı ilə Türkiyədə başlayıb. Gürcüstanda açılan təlimlərdə Türkiyə, ABŞ və Gürcüstan hərbçiləri ilə yanaşı, daha 8 ölkənin hərbçiləri iştirak edəcək.

Təlimlərin açılış mərasimində ABŞ-nin Avropa və Afrikadakı 7-ci Ordu Təlim Komandanlığının komandanı general Terri Tillis bildirib ki, “bunlar müxtəlif ölkələrin hərbi personalının qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağa imkan verən strateji təlimlərdir”.


Telegram kanalımız
Избранный
36
yenisabah.az

1Источники