RU

Azərbaycanda nağdsız əməliyyatların həcmi 38 faizdən çox artıb

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, 2025-ci ilin iyun ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artmışdır.

Marja.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Statistik bülleten İyun 2025" sayında bildirilir.

Qeyd edilib ki, 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 438.7 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 375 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 58 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.

Əlavə edək ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artmışdır.

Избранный
112
5
marja.az

10Источники