RU

İran və “Avropa üçlüyü” ölkələri arasında danışıqlar başa çatdı – Yenilənib


İstanbulda İran, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində Tehranın nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Məlumata görə, görüş İranın Baş Konsulluğunun binasında bağlı qapılar arxasında baş tutub.
Məsləhətləşmələr təxminən üç saat yarım davam edib.
Görüşdə əsasən, sanksiyaların ləğvi məsələsi və nüvə problemi ilə bağlı son hadisələr müzakirə edilib.  
Hər iki tərəf İranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə danışıqları gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.
İranı xarici işlər nazirlərinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qaribabadi təmsil edib.
Qeyd edək ki, İran və “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Fransa, Almaniya) arasında ilk görüş mayın 16-da İstanbulda baş tutub.

***12:51 
12 günlük İran-İsrail müharibəsinin bitməsindən sonra İran və Aİ-3 ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların ilk raundu İstanbulda başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, Avropa ölkələrini təmsil edən nümayəndə heyəti artıq İran konsulluğunun binasına gəlib.
“İslam Respublikasını xarici işlər nazirinin müavinləri Məcid Taxt-Rəvançi və Kazem Qəribabadi təmsil edir”, - agentlik bildirir.
Избранный
40
1
yeniavaz.com

2Источники