Ötən gün baş tutan XIV Qəbələ Beynəlxalq Musiqi Festivalına musiqi bayramı desək, yanılmarıq.
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”nın dəstəyi ilə keçirilən festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə təsadüf edir.
Artıq 14 ildir ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqisinin müxtəlif simalarını bir məkanda toplayaraq beynəlxalq mədəni dialoqun önəmli ünvanına çevrilib. İyulun 29-dək davam edəcək festivalın konsert proqramlarına giriş sərbəstdir.
“Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynalın Festivaldan çəkdiyi rəngli görüntüləri təqdim edirik: