RU

Rusiyada doğum səviyyəsini artırmaq üçün yeni üsul tapdılar

Rusiyada doğum səviyyəsini artırmaq üçün yeni üsul təklif edilib.

Publika.az xəbər verir ki, bu məqsədlə Dövlət Duması inkişaf edən kəndlər layihəsini təklif etdi. Bu barədə “Kommersant” “Hökumət saatı”nın yekunlarına dair sənədə istinadən məlumat yayıb.

Deputatlar xüsusilə kənd və şəhərlərdə ailələrin dəstəklənməsinə diqqətin yönəldilməsini, hamilə qadınlara mənzillərin əlçatanlığının və yardımın keyfiyyətinin artırılmasını təklif edirlər. Belə tövsiyələr federal və regional hakimiyyət orqanlarına ünvanlanıb. Onlar rusların yaşayış şəraitinin yaxşılaşdırılmasına - uşaqların doğulmasına köməklikdən tutmuş mənzil problemlərinin həllinə kimi məsələlərə diqqəti yönəldirlər.

Parlamentarilər kənd yerlərinə xüsusi diqqət yetirməyi məsləhət görürlər. Onlar hesab edirlər ki, böyük ailə modelinə ən çox tələbat məhz orada olacaq. Təkliflər arasında infrastrukturun inkişafı, azmərtəbəli yaşayış evlərinin tikintisi və feldşer-mama məntəqələrinin müasirləşdirilməsi də var.

Избранный
34
publika.az

1Источники