RU

Bakıda Almaniya-Azərbaycan ixracın maliyyələşdirməsi konfransı keçiriləcək

Bakıda oktyabrın 7-8-i tarixlərində Almaniya-Azərbaycan ixracın maliyyələşdirməsi konfransı keçiriləcək.

“Report”un Almaniya-Azərbaycan Ticarət Palatasına istinadən verdiyi məlumata görə, konfransın məqsədi layihə sahibləri, onların texnoloji tərəfdaşları, maliyyə təşkilatları və ixrac kreditləşdirmə agentlikləri arasında qarşılıqlı əlaqə üçün platforma yaratmaqdır.

Konfrans energetika və "yaşıl texnologiya"lar, rəqəmsallaşdırma, su resurslarının idarə edilməsi, qida sənayesi və kənd təsərrüfatı kimi sahələri əhatə edəcək.

Tədbir çərçivəsində, həmçinin tematik B2G-dəyirmi masalar, eləcə də B2B və B2G formatında ikitərəfli görüşlər keçiriləcək.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,16 % artaraq 767,243 milyon ABŞ dolları təşkil edib. Bu zaman Azərbaycandan ixrac 320,295 milyon ABŞ dolları (+0,41 %), Almaniyadan idxal isə 446,948 milyon ABŞ dolları (+16,43 %) olub.

Избранный
16
report.az

1Источники