İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) onun nüvə proqramı üzrə texniki səviyyəli danışıqları bərpa etməyə hazır olduğu barədə məlumat verib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
“İran BMT-nin nüvə proqramına nəzarət orqanı ilə nüvə proqramı üzrə texniki danışıqları bərpa etməyə hazır olduğunu bildirdi”, - nəşr yazır.
Reuters xəbər verir ki, MAQATE İsrail və ABŞ-nin İranın nüvə proqramını məhv etmək və ölkənin nüvə silahı hazırlamasının qarşısını almaq məqsədi daşıyan hava hücumlarından sonra yoxlamaları bərpa etmək üçün icazə almaq zərurətini ifadə edib.