"Aktyor Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir".
Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub: "Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib. Həmçinin mövcud qanunvericilik çərçivəsində onun əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".