“Sumqayıt” Futbol Klubu ilə “VOLT GROUP” MMC-nin “Rox” brendi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan tədbirdə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və adıçəkilən şirkətin həmtəsisçisi və direktoru Emin Əsgərov iştirak ediblər.

Müqaviləyə əsasən, “Rox” brendinə məxsus tanınma nişanları “Sumqayıt”ın oyun geyimlərində, ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, həmçinin klubun rəsmi media hesablarında yerləşdiriləcək.