"Neftçi" Alfa Konte ilə yolları ayırıb.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Syerra-Leonedən olan futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 2024-cü ilin yanvarında transfer olunmuş Konte "Neftçi"nin heyətində 25 rəsmi oyun keçirib.