RU

"Qlisin" apteklərdə yoxa çıxıb

"Dərman vasitələri haqqında" qanuna əsasən, ölkəyə dərman vasitələrinin idxalı dövlət tərəfindən deyil, ixtisaslaşdırılmış özəl şirkətlər tərəfindən həyata keçirilir.

Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekpsertiza Mərkəzindən (AEM) məlumat verilib.

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən "Qlisin" N50, 100 mq, dilaltı tablet dərman vasitəsinin son idxalına 30 aprel 2025-ci il və 24 iyun 2025-ci il tarixlərində icazə verilib. Həmin idxal partiyaları çərçivəsində 30.04.2025 tarixində 20 000 qutu, 24.06.2025 tarixində isə 16 200 qutu dərman vasitəsi ölkəyə idxal edilib", - məlumatda deyilib.

Bildirilib ki, "Qlisin"in satışdan yığışdırılması ilə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı rəsmi qərar və ya göstəriş daxil olmayıb.

Избранный
36
8
publika.az

9Источники