RU

Altsheymer xəstəliyi: Beynin Səssiz Yaddaş Savaşı – bəs səbəbləri nələrdir? – VİDEO

Altsheymer xəstəliyi  son dövrlərdə əhali arasında yayılan xəstəliklərdən biridir. Xəstəliyin ən əsas göstəricisi unutqanlıqdır.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov bu mövzu ətrafında açıqlama verib.

“Altsheymer xəstəliyi haqqında danışmaq istərdim. Bu xəstəlik daha çox unutqanlıqla davam edən bir xəstəlikdir. İnsanların yaddaşı pozulur, xüsusən, yaxın dövrə yaddaş pozulur. İlk alamətləri xəstələrdə unutqanlıqla müşahidə olunur. Bu xəstəliyi daşıyan insanlar şyaları hara qoyduqlarını xatırlaya bilmirlər, yaxud da ki, kiməsə, yaxınlarına zəng vururlar, nə üçün zəng vurduqlarını bəzən xatırlaya bilmirlər. Zaman keçdikcə, bu şəxslərdə unutqanlıq daha da kəsinləşir. Yaxın dövrə olan yaddaşlar itir, öz yaxın çevrələrini də bəzən tanıya bilmirlər. Xəstələrdə zaman keçdikcə, bu hallar yuxu pozulması kimi, realda olmayan şeyləri xatırlamaq, qarabasmalar kimi də özünü biruzə verir. Bu xəstələr, xüsusən, onlara diqqət, qayğı göstərən şəxslərə daha çox agresiv əsəbi olurlar. Onlara yaxşı baxmadıqlarını, incitdiklərini, narahat etdiklərini deyirlər. Bu isə onların ailəsində, yaxınlarına baxan şəxslər arasında ciddi narazılıqlara gətirib çıxarda bilir”,- deyə o qeyd edib.

Избранный
27
nocomment.az

1Источники