ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Beşinci ilin qalibləri, hər birinizi təbrik edirəm. 16 min adam arasından seçilmisiniz. Bilmirəm, özünüzü necə hiss edirsiniz, mən olsaydım, papağımı göyə atardım. Olduqca çətin prosesdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri beşinci "Yüksəliş" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev deyib.
O bildirib ki, Məleykə Abbaszadənin imtahanından keçmək asan deyil:
"ADA Universitetinin bir bakalavr, bir magistr tələbəsi qalib olub. Qalib olanlardan biri isə müəllimdir. O qədər imtahandan keçmisiniz, 20 min manat verirlər. Bu pulu öz inkişafınız üçün xərcləyin, maşın almayın".
Məhərrəm Əliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.