RU

İran rəsmiləri ilə Avropa ölkələri heyəti arasında görüş olub - İstanbulda (Yenilənib)

İranla  Böyük Britaniya, Fransa və Almaniya nümayəndə heyətləri ikinci dəfə bir araya gəliblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İranın İstanbuldakı Baş Konsulluğunda baş tutan görüşdə Tehranın nüvə obyekləri ətrafında müzakirə edilib.

İran və Avropa İstanbuldakı danışıqlardan sonra danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Mia.az xəbər verir ki, bu barədə İstanbuldakı danışıqlarda yer alan İran xarici işlər nazirinin müavini Kazem Gharibabadi açıqlama verib.

O bildirb ki, İstanbulda Avropa təmsilçiləri ilə ciddi, açıq və təfərrüatlı bir görüş keçiriblər: "Görüşdə sanksiyaların ləğvi və nüvə məsələsi ilə bağlı son durum  müzakirə edildi və araşdırıldı. Həmçinin bəzi Avropa ölkələrinin İsrailin İrana hücumlarında Təl-Əvivə dəstəyinin gündəmə gətirildi və açıq sərt mövqeyimizi ortaya qoyduq. Biz prinsipial mövqelərimizi, o cümlədən snapback mexanizmini izah etdik. Hər iki tərəf görüşə konkret ideyalarla gəldi və bu ideyaların müxtəlif aspektləri mübahisələndirldi. Bu məsələ ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi razılaşdırıldı".

F.Əhməd

MİA.AZ

Избранный
36
1
mia.az

2Источники