ain.az bildirir, Avtosfer portalına istinadən.
"Mütəxəssislər "An-24" sərnişin təyyarəsinin Amur vilayətində qəzaya uğramasının səbəblərinin iki əsas versiyasını nəzərdən keçirirlər: texniki nasazlıq və ya pilot xətası".Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Amur vilayətinin qubernatoru Vasili Orlov öz "Telegram" kanalında məlumat verib."Hazırda qəza yerində xilasedicilər və müstəntiqlər işləyir. Hadisə ilə bağlı iki əsas versiya var: birincisi, texniki nasazlıq, ikincisi, pilot xətası. Uçuş qeydləri aşkar edilib və tezliklə deşifrə üçün Moskvaya çatdırılacaq", - deyə Orlov bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.