RU

Abdullah Tancan: “Naxçıvanda mədən sahələri araşdırılaraq hesabat hazırlanacaq”

Naxçıvan ərazisində mədən araşdırmaları aparılacaq və bu araşdırmalar dünya standartlarına uyğun şəkildə həyata keçiriləcək.

Bu sözləri "Report"un yerli bürosuna müsahibısində Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan deyib.

Onun sözlərinə görə, araşdırmaların nəticəsində mədən hesabatı hazırlanacaq: “Əgər bu hesabatda iqtisadi baxımdan yararlı mədən sahəsi müəyyənləşdirilərsə, yerli nazirlik həmin ərazinin necə istismara açılacağını müzakirə edəcək və qiymətləndirəcək. Sonrakı mərhələdə ehtiyac yaranarsa, türk iş adamları da Naxçıvana gələrək prosesi yaxından dəstəkləməyə hazırdır. Bu isə gələcəkdə müəyyənləşdiriləcək məsələlər sırasındadır. Bu prosesə həm biz, həm də burada fəaliyyət göstərən mütəxəssislər rəhbərlik edə bilər. Hazırda isə əsas məqsəd mədən sahələrinin araşdırılması və onların hesabatının hazırlanmasıdır. Bugünkü müzakirələrin mövzusu da məhz budur”.

Nazir müavini bildirib ki, hazırda bütün səylər yanğınların söndürülməsinə yönəldilib: “Türkiyədə baş verən yanğınları bir an öncə sonlandırmaq istəyirik. Bunların səbəbləri ilə bağlı məsələlər yanğın söndürüldükdən sonra daha da aydınlaşacaq. Yanğınlar söndürüldükdən sonra bu daha aydın şəkildə incələnir, araşdırılır və bundan sonra səbəbləri ortaya çıxar. Hazırkı vəziyyətdə bunun səbəbi barədə dəqiq nəsə demək tezdir və doğru olmaz".

Избранный
99
report.az

1Источники