RU

ÜST: “Dünyada təhlükəli virus yayılır” | VİDEO

AzVision.az Çinin dövlət televiziyasının məlumatına istinadən xəbər verir ki, bir milyon əhalisi olan Quangdun əyalətinin Foşan şəhərində artıq 2659 hadisə qeydə alınıb. Onun müalicəsi üçün şəhərdə 53 xəstəxana ayrılıb. Bütün qeydə alınmış hallar yüngül formadadır.

“Xəstəlik artıq 119 ölkəyə yayılıb. Nəzəri cəhətdən dünyada 5,6 milyard insan bu virusa yoluxa bilər”, - ÜST-ün məlumatında deyilir.

Çinin cənubunda virusun yayılması fonund Pekin xəbərdarlıq etməyə vadar olub. Hökumətin bəyanatında bildirilir ki, beynəlxalq səyahətlərin artması ilə virusun yeni yayılma hallarının riski qalır. Ağcaqanad sürfələrinin çoxaldığı yerlərin, məsələn, çiçək qablarının uzaqlaşdırılmasıvə ya profilaktik tədbir kimi ağcaqanadların kimyəvi maddələrlə öldürülməsi tövsiyə olunur. Uzunətəkli paltarların da ağcaqanadların sancmasından qoruduğu bildirilir.

“Çikunqunya” virusu (CHIKV) ağcaqanadlar, o cümlədən Asiya pələngi ağcaqanadları tərəfindən ötürülən tropik yoluxucu xəstəliklər törədir. Bu, ölümcül olmasad da, qızdırmaya, oynaqlarda və əzələlərdə şiddətli ağrılara səbəb olur. Baş ağrıları və həddindən artıq yorğunluq da yaranır. Xəstəlik ümumiyyətlə bir-iki həftə ərzində yox olur.

- Bununla belə, xəstələrin 40%-ə qədəri infeksiyadan sonra aylar və ya illər davam edə biləcək problemlər yaşayır. Virus xroniki xəstəlikləri olan insanlar, həmçinin hamilə qadınlar və körpələr üçün daha böyük risk yaradır”,- ÜST xəbərdarlıq edir.

Təşkilatın saytında ÜST-ün mövcud vəziyyətdən narahat olduğu vurğulanır, çünki virus immuniteti zəif insanlar arasında çox sürətlə yayıla bilər. Məsələn, Fransaya məxsus Reyunyon adasında qısa müddət ərzində əhalinin təxminən üçdə biri virusa yoluxub. Ada Afrika sahillərindəki Madaqaskardan təxminən 700 kilometr şərqdə yerləşir. Mayotte və Mavrikiydə də böyük epidemiyalar qeydə alınıb.

ÜST ölkələri təcili tədbirlər görməyə, o cümlədən zərər çəkmiş ərazilərdə ağcaqanad qovucularından və ağcaqanad torlarından istifadə etməyə çağırır. Hazırda virus insandan insana keçmir.

Bu arada, Avropadakı güclü isti dalğası “çikungunya” virusunu ötürən pələng ağcaqanadlarının bütün qitədə yayılmasına zəmin yaradır. Bu günə qədər “çikungunya” qızdırmasının əsasən virusun geniş yayıldığı ölkələrə səfər etmiş insanlarda qeydə alındığı bildirilsə də, Aralıq dənizi bölgəsində yerli ötürülmə halları artmaqdadır.

İyulun əvvəlində Fransanın Strasburq şəhərinin cənubunda, Almaniya ilə sərhədə yaxın ərazidə yerli infeksiyaya yoluxma halı aşkar edilib. Almaniyada pələng ağcaqanadları Baden-Vürtemberq, Hessen və Reynland-Pfalts əyalətlərində, həmçinin Bavariya, Türingiya, Berlin və Şimali Reyn-Vestfaliyanın bir hissəsində geniş yayılıb.

Virusa qarşı iki peyvənd var –“İkşik”“Vimkunya” , lakin yaşlı insanlarda ciddi yan təsirlərin törənməsi barədə hesabatlara əsasən, “İkşik” hazırda Avropa Dərman Agentliyi tərəfindən nəzərdən keçirilir.

Qeyd edək ki, “Çikungunya” sözü Tanzaniyanın cənubundakı yerli dildə nəsə “qorxulu” bir şey deməkdir. Bu ad şiddətli ağrılardan əziyyət çəkən yoluxmuş insanların duruşları ilə əlaqələndirilir. Xəstəlik ilk dəfə 1950-ci illərin əvvəllərində Tanzaniyanın cənubunda təsvir edilib.


Sahil İsgəndərov
AzVision.az
Избранный
13
1
azvision.az

2Источники