Lənkəranda meşə təsərrüfatına aid sahədə baş verən yanğın söndürülüb.
Teleqraf-ın cənub bürosunun verdiyi xəbərə görə, hadisə günorta saatlarında rayonun Osaküçə kəndində meşə təsərrüfatına məxsus ərazidə baş verib. Yanğının söndürülməsi üçün meşə zolağına Fövqəladə Hallar Nazirliyinin Lənkəran Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub.
Əldə edilən ilkin məlumata əsasən, yanğın təxminən 1 hektar ərazini əhatə edib və əsasən meşə altı xəzəl yanıb. Görülən tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın tamamilə söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.