RU

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka vəKredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsihaqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, fondun nizamnamə kapitalı1 068 400 000 (bir milyard altmış səkkiz milyon dörd yüz min)manatdan 1 153 400 000 (bir milyard yüz əlli üç milyon dörd yüzmin) manata qaldırılır.

Fərmanın icrası İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməkapitalının artırılması (güzəştli ipoteka kreditlərininmaliyyələşdirilməsi) üçün 2025-ci ilin dövlət büdcəsindən Fondaayrılan 85 000 000 (səksən beş milyon) manat hesabına təminediləcək.

Maliyyə Nazirliyi bu fərmanda nəzərdə tutulan məbləğdəmaliyyələşməni təmin etməli, fond bu fərmandan irəli gələnməsələləri həll etməlidir.

Избранный
36
29
az.trend.az

10Источники