RU

Nikolay Patruşev:”Onlar danışıqları pozmaq üçün təxribata əl atdılar”

Britaniya Rusiya və ABŞ arasında danışıqları pozmaq və Vaşinqtonu Ukraynaya hərbi dəstəyi saxlamağa inandırmaq üçün Baltikyanı regionda hərbi təxribat törətməyə cəhd edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin köməkçisi, Hərbi Dəniz Qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev məlumat verib.

“Bu, İngiltərənin iki böyük nüvə dövlətini bir-birinə qarşı qoymaq, Rusiya-Amerika danışıqlar prosesini pozmaq və Vaşinqtonu Kiyev rejiminə tam hərbi yardım göstərməyə davam etməyə inandırmaq cəhdidir”, – Patruşev bildirib. Onun sözlərini RİA Novosti yayıb.

Daha əvvəl Patruşev bildirib ki, Rusiya dəniz sərhədlərinə, o cümlədən NATO-dan gələn hərbi təhdidləri tez və effektiv şəkildə dəf etmək üçün lazımi vasitələrə malikdir.

Onun sözlərinə görə, Hərbi Dəniz Qüvvələrində xidmət edən rusiyalı hərbçilər yüksək peşəkarlığa malikdirlər.

Избранный
24
veteninfo.az

1Источники