Bakı. Trend:
Rusiyanın Amur vilayətində qəzaya uğramış An-24 təyyarəsininqəza yerindən təyyarənin “qara qutuları” aşkarlanıb.
Trend xəbər verirki, bu haqda Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Göyərtə qeydiyyatçılarının içindəki vacib məlumatların deşifrəolunması üçün Moskvaya göndərilməsi planlaşdırılır.
Xatırladaq ki, iyulun 24-də An-24 təyyarəsi Tında şəhərindən 15kilometr aralıda qəzaya uğramışdı. Qəzaya səbəb kimi ilkin olaraqpilot səhvi versiyası əsas götürülür. Faktla bağlı cinayət işiaçılıb. Qəza zamanı təyyarənin göyərtəsində olan bütün sərnişinlər(40) və ekipaj üzvləri (6) həlak olub.