RU

İsrail səfiri: Azərbaycan multikulturalizm modeli ilə haqlı olaraq qürur duyur

Bakı, 25 iyul, AZƏRTAC

Azərbaycan tolerantlıq və multikulturalizm modeli ilə haqlı olaraq qürur duyur. 2019-cu ildə Prezident İlham Əliyevin məni ilk dəfə qəbul etdiyi zaman bir yəhudinin Bakının küçələrində Parisdən daha təhlükəsiz şəkildə gəzə biləcəyini dedi. Prezident o zaman da haqlı idi, bu gün isə daha da haqlıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İsrail Dövlətinin Azərbaycandakı səfiri Corc Dik ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında söyləyib.

O qeyd edib ki, Azərbaycanda sovet dövründən qalmış antisemitizm qalıqlarını aradan qaldırıb. Nüfuzlu beynəlxalq təşkilat olan “Impact-se” Azərbaycanın bu sahədə nümunə olduğunu qeyd edib.

“Azərbaycan Holokost qurbanlarının beynəlxalq anım gününü dövlət və dini qurumların nümayəndələrinin iştirakı ilə yad edir. Eyni zamanda, Azərbaycan öz tələbələrini İsraildə təhsil almağa təşviq edir. Bütün bunlar iki ölkənin dostluq əlaqələrinin nümunəsidir”.

Избранный
53
2
azertag.az

3Источники