Türkiyənin Antalya şəhərində yanğın başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, yanğın Antalyanın Aksu, Muratpaşa və Manavqat rayonlarında meşəlik ərazilərdə baş verib.
Meşəlik sahələrdə baş verən yanğının səbəbi hələ müəyyən edilməyib.
Məlumat daxil olduqdan sonra həmin ərazilərə helikopterlər, yanğınsöndürən maşınlar cəlb olunub.
Aksu və Muratpaşa rayonlarında yanğınların yaşayış məntəqələrinə yaxın olması səbəbilə evlər təxliyə edilib.
Havadan və qurudan müdaxilə olunan yanğınları söndürmək üçün işlər davam etdirilir.