"Çelsi" bu yay Rahim Sterlinqi satmağı düşünür.
Offsideplus.az xəbər verir ki, ingilis futbolçu "Napoli"yə önərilib. Neapol təmsilçinin vinger mövqeyi üçün daha iki namizədi var: Takefusa Kubo və Dan Ndoye.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sterlinq sonuncu mövsümü icarə əsasında "Arsenal"da keçirib. "Çelsi" bu dəfə onun icarə əsasında yox, birdəfəlik göndərmək istəyir.