RU

Qusmanın vəzifədən azad edilməsindən Qulu Məhərrəmli belə yazdı...

"Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi çökməkdə olan Rusiyanın, batmaqda olan Putinin nə qədər miskin vəziyyətdə olduğunu göstərir. Mən əminəm ki, artıq Rusiya dövlət təfəkkürü və diplomatiya ilə deyil, cəngəllik qaydaları, kin-küdurət və qisas hissi ilə idarə olunur."

News365.az xəbər verir ki, bu barədə Qulu Məhərrəmli öz profilində paylaşım edib. 

"Azərbaycan sevdalısı M.Qusman Bakıda doğulub, istedadlı jurnalist, tərcüməçi və teleradio aparıcısıdır. 30 ildir TASS-da çalışır, “Hakimiyyət formulu” verilişinin müəllifi və aparıcısıdır. Rusiyanın əməkdar jurnalisti, Dövlət Mükafatı laureatıdır. O da, qardaşı Yuli Qusman da çətin günlərdə həmişə Azərbaycanın yanında olublar. 44 günlük müharibə zamanı M.Qusmanın bizim Müdafiə Fonduna 50 min avro yardım etməsi unudulmayıb.

   Kremlin belə bir məşhur şəxsiyyətə, Rusiyanın görkəmli dövlət, mədəniyyət və media xadiminə qarşı atdığı ədalətsiz addım əsl namərdlikdir. İnşallah, bu nifrət, qərəz, kin-küdurət çanağının Putinin öz başında sınacağına az qalıb..."

Избранный
102
7
news365.az

10Источники