RU

"İntel" 24 min nəfəri işdən çıxaracaq

"İntel" ikinci rüb maliyyə toplantısında 2025-ci ilə dair planlarını açıqlayıb.

Valyuta.az xəbər verir ki, şirkət ili 75 min əməkdaşla başa vurmağı hədəfləyir. Bu isə 2024-cü ilin sonu ilə müqayisədə 24 min nəfərin işdən çıxarılması deməkdir.

Kütləvi ixtisarların əsas səbəbi kimi süni intellekt sahəsində rəqiblərdən geri qalması və ardıcıl maliyyə itkilərinin olması . Şirkət son illərdə bu sahəyə kifayət qədər sərmayə ayırmayıb və nəticədə bazar payını itirib. Yaranan maliyyə çətinliklərini azaltmaq məqsədi ilə minlərlə işçi ixtisar edilib və proses ilin sonuna qədər davam edəcək.

Bundan əlavə, "Intel" Almaniyada 3 min, Polşada isə 2 min nəfərlik yeni layihələrindən imtina edib. Kosta Rikadakı 3400 nəfərlik montaj və test əməliyyatları Vyetnama köçürüləcək, təxminən 2000 nəfərin saxlanılması, qalanların isə işdən çıxarılması gözlənilir.

Bütün bu addımlara baxmayaraq, şirkət maliyyə sabitliyinə nail ola bilmir. Son üç ayda 12,9 milyard dollar gəlir əldə edilsə də, 2,9 milyard dollar zərər qeydə alınıb.

Sərvanə Rəmixanova

Избранный
117
valyuta.az

1Источники