RU

Dollar və avro BAHALAŞDI

Valyuta bazarlarında yüksəliş bu gün də davam edir. Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini 300 baza bəndi azaldaraq 43 faizə endirməsi qərarından sonra bazarlarda ciddi hərəkətlilik yaşanıb.

News24.az xəbər verir ki, qərardan sonra Dollar/TL məzənnəsi gecə saatlarında 40,54-ə yüksələrək yeni bir rekorda imza atdı. Bu gün səhər saat 08:27-də isə 40,52 səviyyəsində ticarət olunur və yenə rekorda çox yaxındır.

Avro/TL məzənnəsi dünən 47,59–47,83 aralığında dəyişdi. Bu gün səhər saatlarında isə 47,59 səviyyəsində qərarlaşıb.

Mütəxəssislər bildirirlər ki, Mərkəzi Bankın faiz endirimi qərarı valyuta məzənnələrində təzyiqi artırır və bu da bazarlarda sabitliyi pozur.

Xeyrənsə Piriyeva

Избранный
42
news24.az

1Источники