RU

Labubu-nun kapitallaşması Qazprom-u üstələyir

Yazını böyüt
Yazını kiçilt

Son zamanların ən məşhur oyuncaqlarından biri olan Labubu istehsalçısı Pop Mart International-ın bazar kapitallaşması Rusiyanın enerji nəhəngləri “Qazprom” və “Novatek”i geridə qoyub. İyulun 22-nə olan məlumata görə, şirkətin Honq Konq birjasında dəyəri 332,8 milyard Honq Konq dollarına (42 milyard dollar) çatıb. Həmin gün “Qazprom”un dəyəri 3,05 trilyon rubl, “Novatek”inki isə 3,29 trilyon rubl (müvafiq olaraq 39 milyard və 41,8 milyard dollar) dəyərində qeydə alınıb. Beləliklə, Pop Mart Rusiyanın üç ən dəyərli şirkətindən geri qalır: Sberbank, Rosneft və LUKOIL.

Hafta.az-ın RBC-ya istinadən yazdığına görə, maliyyə və investisiya texnologiyaları üzrə ekspert Aleksey Primak bu vəziyyəti “kapitallaşma fərqlərinin absurd həddə çatması” ilə izah edib. Primakın sözlərinə görə, məsələ təkcə Pop Martın yüksəlişində deyil, Rusiya bazarında innovasiyaların olmamasıdır. Primak hesab edir ki, investorların inamı və şəffaflığı bərpa olunmasa, yeni IPO-lar və rəqəmsal brendlər üçün yer açılmasa, böyük rus şirkətləri dəyər baxımından xarici rəqiblərindən geri qalacaqlar.

Pop Martın sürətli yüksəlişinə 2025-ci ilin yazında TikTok fenomeninə çevrilən Labubu oyuncaqları səbəb olub. Bu geniş ağızlı, sevimli canavarlar sosial mediada böyük diqqət çəkib. Blackpink-dən Lisa, Rihanna və Dua Lipa kimi dünyaca məşhur simaların Labubu ilə poza vermələri eksponent satış artımına səbəb olub.

Son bir ildə şirkətin səhmləri təxminən 590 faiz artıb. İyunun ortalarında zirvəyə çatan Pop Martın bazar kapitallaşması 365 milyard Honq Konq dollarına çatıb. Şirkət rəhbərliyi ilin birinci yarısında xalis mənfəətin ən azı 350 faiz, gəlirin isə 200 faiz artacağını təxmin edir.

Избранный
93
7
hafta.az

9Источники