RU

David Hantsko “Atletiko”da - Rəsmi

Niderlandın “Feyenoord” klubunun mərkəz müdafiəçisi David Hantsko bundan sonra Madrid “Atletiko”sunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Paytaxt təmsilçisi bu transferi 32+3 milyon avro müqabilində rəsmiləşdirib. Slovakiyalı 27 yaşlı stopperlə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

David Hantsko peşəkar karyerasına “Jilina”da başlayıb. İtaliyada “Fiorentina”nın, Çexiyada “Sparta”nın (Praqa) da formasını geyinmiş müdafiəçi 2022-ci ildən “Feyenoord”da çıxış edirdi. Müdafiəçi bu komandanın heyətində 140 oyun keçirib, 15 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Hantsko Slovakiyanın U-19 və U-21 yığmalarında oynadıqdan sonra 2018-ci ilin oktyabrında əsas millidə debüt edib. O, Slovakiya yığmasının heyətində meydana çıxdığı 52 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Избранный
59
arena.az

1Источники