Madrid "Atletiko"su heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi slovakiyalı müdafiəçi David Hantskonu heyətinə cəlb edib. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Atletiko" Qantsko üçün sabiq klubu "Feyenoord"a 30 milyon avro ödəyəcək.
Qantsko 3 mövsümdür Rotterdam təmsilçisində çıxış edirdi. O, burada 140 oyuna çıxıb və 15 qol vurub.