RU

Kakao ixracı ölkəyə 5 milyon dollardan çox qazandırıb

Azərbaycanın kakao idxalı və ixracında artım qeydə alınıb. 

Valyuta.az-ın məlumatına görə, 2025-ci ilin ilk altı ayı ərzində Azərbaycan kakao və ondan hazırlanan məhsullar üzrə həm ixrac, həm də idxal göstəricilərində artım qeydə alıb.

Cari ilin yanvar-iyun aylarında ölkə tərəfindən ümumilikdə 5 milyon 895,36 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac edilib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 4 milyon 694,80 min ABŞ dolları təşkil edib. Beləliklə, ixracda 1 milyon 200,56 min ABŞ dolları dəyərində artım baş verib ki, bu da 25,6%-lik artım deməkdir.
İdxal göstəricilərin də isə bu ilin ilk altı ayında Azərbaycana 73 milyon 814,68 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub. 2024-cü ilin eyni dövründə bu rəqəm 65 milyon 77,56 min ABŞ dolları olub. Bu da 8 milyon 737,12 min ABŞ dolları və ya 13,42% artım deməkdir.

Qeyd edək ki, kakao məhsulları əsasən qida sənayesində, xüsusilə şokolad və digər konditer məmulatlarının istehsalında istifadə olunur.

Избранный
31
valyuta.az

1Источники