UEFA Konfrans Liqasının II təsnifat mərhələsi matçında "Aris" "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, Yunanıstan klubunun baş məşqçisi Marinos Uzunidis oyundan sonra mətbuat konfransında iştirak edib. 56 yaşlı mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Bizim üçün pis nəticə idi. İlk qolu vurduq, oyunu daha yaxşı kontrol edə bilərdik. 2 2 top buraxdıq, hətta üçüncü qol ola bilərdi. Bu, bizim üçün qəbuledilməzdir. İkinci hissədə futbolçuların fiziki durumuna görə ikinci hissədə düşüşün olacağını gözləyirdik. Bu oyunu unudub, cavab matçına köklənməliyik. İkinci oyun tamamilə fərqli olacaq. Rəqib qələbəyə layiq idi". 

Qeyd edək ki, cavab oyunu bir həftə sonra Yunanıstanda baş tutacaq.