RU

Ermənistan daxildə qanlı toqquşmalar mərhələsinə girdi...


Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin devrilməsi ilə bağlı hazırladığı fəaliyyət planını dərc edib. Burada baş nazir qəti mövqeyini nümayiş etdirib:

“Patriarxın iqamətgahının Ktriç Nersisyandan azad edilməsi, ilk növbədə, mənəvi gündəmdir, kilsəmizin yenilənməsinin gündəmidir və kilsənin, dövlətimizin və cəmiyyətimizin vasitəsilə özümüzün yenilənməsi, dövlətimizdə mənəvi həyat səviyyəsinin bərqərar olması üçün bir gündəmdir. İndiki rəhbərliklə Erməni Apostol Kilsəsinin sosial və mənəvi standartlarna çevrilməsi çətin, hətta qeyri-mümkündür. Kilsə rəhbərliyi əcdadlarımızdan bizə ötürülən standarta əməl etməzsə, bu, eyni zamanda vətənsizliyin nəticəsi olacaq. Bizim vəzifəmiz Ktriç Nersisyanı öz əhdini pozmuş başqa bir keşişlə əvəz etmək ola bilməz, çünki bu, siyasi bir sui-qəsd olardı. Mən başa düşürəm ki, bununla məsələni çətinləşdirirəm, amma

Nersisyanı dəstəkləmək niyyətində deyiləm. Nersisyanın əvəzinə katolikosluğun taxt-tacınasonradan iddia edə bilməyən hər hansı bir evli keşiş müvəqqəti olaraq təyin edilir., sonra yeni qaydalarla seçkilər baş tutur”. Baş nazirin fikrincə, yeni katolikos seçkiləri kilsənin orta əsr nizamnaməsi əsasında Erməni Apostol Kilsəsinin yeni nizamnaməsi təsdiq edilənə qədər keçirilməməlidir. Qədim erməni dilində deyil, hamının başa düşdüyü müasir erməni dilində olacaq bu nizamnaməni Milli Kilsə Şurası təsdiq etməlidir. Bundan sonra Paşinyan dürüstlüyü yoxlanılacaq namizədlərin iştirak edəcəyi seçkilərin keçirilməsini təklif edir. Namizədlərin uyğunluğu, seçki proseduru da nizamnamə ilə müəyyən edilməlidir. Baş nazir yekunda qeyd ediB ki, islahat gündəliyi heç bir halda teokratiyaya işarə kimi şərh edilməməlidir. O, heç bir vətəndaşın azadlığını məhdudlaşdırmayacaq və məhdudlaşdıra da bilməz: “Lakin bu, ictimaiyyətə açıq şəkildə mesaj verməlidir ki, o, dövlət, kilsə və siyasi liderlərdən, o cümlədən şəxsi və ictimai həyatında tam cavabdehlik hüququna malikdir. Bu məsələdə əmin olmayanlar nə mənəvi, nə də siyasi liderlik iddiasında olmamalıdırlar”. Erməni hərbi ekspert David Camalyan "qraparak"a müsahibəsində Nikol Paşinyanın Ermənistan Apostol Kilsəsinə qarşı son davranışlarını kəskin tənqid edib. O, Paşinyanın Eçmiədzin rezidensiyasını "azad etmək" çağırışını Konstitusiyaya zidd sayaraq, bu addımların vətəndaş qarşıdurmasına yol aça biləcəyini bildirib. Camalyan iddia edir ki, bu proseslər xarici təsirlərlə - xüsusən Bakı və Qərb tandeminin iştirakı ilə - həyata keçirilir. Onun sözlərinə görə, xalqın böyük əksəriyyəti hökumətin kilsəyə qarşı apardığı mübarizəni qəbul etmir və sosial-iqtisadi problemlər kölgədə qalır.

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan isə artıq ikinci dəfə Paşinyana müraciət redərək kilsə ilə bağlı mövqeyindən onu geri çəkilməyə çağöırıb: “Mümkün qan tökülməsinə görə yalnız siz cavabdeh olacaqsınız. Hörmətli cənab baş nazir, çox gec olmadan Vaqarşapatda mitinq keçirməklə bağlı təşəbbüskar olduğunuz qərarı ləğv edin və siyasi məhbusları, ilk növbədə, arxiyepiskoplar Baqrat və Mixaeli, Samvel Karapetyanı dərhal azad edin. Əminəm ki, bu addım xalqımız tərəfindən zəiflik əlaməti kimi yox, başqa bir dövlət xadiminin, baş nazir, sağlam düşüncənin təzahürü kimi qiymətləndiriləcək. Əks halda mümkün toqquşmalara və qan tökülməsinə görə yeganə cavabdeh olacaqsınız”. Ter-Petrosyan vətəndaşları heç bir halda kilsə əleyhinə mitinqdə iştirak etməməyə çağırır. Onun fikrincə, Nikol Paşinyan ölkədə xaos yaratmaq üçün hər şeyi edir: “Prosesin bu şəkildə cərəyan etməsini adətən meqalomaniyadan əziyyət çəkən müxalif siyasi qüvvələr təhrik edir, Paşinyan özü vəziyyəti qızışdırır. Xarici təhdidlərə qarşı durmağın yeganə yolu daxili sabitliyi təmin etməkdir. Bu baş verərsə, xarici amillərin yaratdığı təhlükələr dərhal azalacaq və münaqişə tərəfləri ikitərəfli konstruktiv danışıqlara başlamaq imkanı tapacaqlar”. Levon Ter-Petrosyan ilk dəfə deyil ki, baş nazirin başlatdığı antikilsə kampaniyasında Qaerginin yanında olduğunu nümayiş etdirir. Bu məsələnin meydana çıxmasından bir həftə sonra o, katolikosu dəstəkləmək üçün kilsəyə gedib, sonra isə sonuncunu öz evində qonaq edib. Bütün bunlar hökumət fiqurlarında xoş təəssürat yaratmayıb. Hər görüşdən sonra “Vətəndaş müqaviləsi”nin üzvləri Levon Ter-Petrosyanı ağır sözlərlə xatırlayıblar. Milli Məclisin deputatı Arusyak Julka yenidən bu məsələyə toxunaraq bildirib: “Təsisçi yenə danışan axmaqdır. Ermənistan xalqını yenidən kütlə ilə çaşdıran təsisçi növbəti dəfə toqquşma, xaos, qeyri-sabitlik yaradır. O, öz təcrübəsinə əsaslanaraq bir daha xalqa arxalanmaqdansa, "elitalarla” müqavilələr bağlamağa çağırır". Hakimiyyəti təmsil edən deputat iddia edir ki, ölkədə nə daxili siyasi gərginlik var, nə də münaqişə tərəfləri va: “Qanuni hakimiyyət və o legitim hakimiyyəti qanunsuz, konstitusiyaya zidd yollarla devirməyə çalışan terror qruplaşması var”. Ermənistanın baş naziri kilsə rəhbərliyini özü üçün təhlükə hesab edir, onları opponent kimi qəbul edir. O, həmçinin düşünür ki, onların vasitəsilə ölkədə xaos, anarxiya, hərc-mərclik və hakimiyyət çevrilişi cəhdləri ola bilər. Məhz buna görə də müxtəlif şəxslərin Erməni Apostol Kilsəsini müdafiə etməsi Paşinyan üçün əlavə təhlükə kimi qəbul edilir. Həmin şəxslərə qarşı da addımlar atılır.

Ramil QLİİYEV

Избранный
54
baki-xeber.com

1Источники