RU

Nazir: Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır.

Bakıvaxtı.az Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: "Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq".

Nazir söyləyib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir: "Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-Iğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq".

Избранный
2
10
bakivaxti.az

10Источники