2025/2026-cı illər mövsümünə hazırlığı davam etdirən “İmişli” daha iki futboçusu – Cavidan Qasımlı və Rəhim Osmanla yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi bu iki oyunçu ilə yeni müqavilə bağlamağa ehtiyac duymayıb. “İmişli” onlara xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” bu yay Cavidan Qasımlı və Rəhim Osmandan öncə Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike, Xəyal Tomarovla da vidalaşmışdı. Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Ronaldo Rodriqes, Rafael Vyeqas, Hüseynəli Quliyev və Ezekiel Morqanı transfer etmiş klub Həzrət İsayev, Mehdi Tahirov, İdris İnqilablı, Andrey Sinenka, Vüsal Qənbərov, Dioqo Vaskes Rollo ilə də yeni müqavilə bağlayıb.