RU

Silah anbarında partlayış baş verib, 6 nəfər ölüb - VİDEO

Suriyanın İdlib bölgəsində baş verən partlayışda 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Moderator.az “Anadolu”-ya istinadən xəbər verir ki, partlayış silah-sursat anbarında baş verib.

Suriya Mülki Müdafiə təşkilatı dağıntılar altında qalanların olduğunu və ölü sayının artacağını bildirib.

SANA xəbər agentliyi 140 nəfərin yaralandığını xəbər verib.

Ard-arda baş verə partlayışların xilasetmə tədbirlərinə mane olduğu qeyd olunub.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

 

Избранный
104
7
moderator.az

8Источники