RU

İdlibdə silah anbarında partlayış baş verib: 6 nəfər ölüb

Suriyanın İdlib bölgəsində baş verən partlayışda 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.

Bakues.az “Anadolu”ya istinadən xəbər verir ki, partlayış silah-sursat anbarında baş verib.

Suriya Mülki Müdafiə təşkilatı dağıntılar altında qalanların olduğunu və ölü sayının artacağını bildirib.

SANA xəbər agentliyi 140 nəfərin yaralandığını xəbər verib.

Ard-arda baş verə partlayışların xilasetmə tədbirlərinə mane olduğu qeyd olunub.

Hadisənin baş vermə səbəbləri məlum deyil.

Избранный
84
7
icma.az

8Источники