RU

İdlibdə silah anbarında partlayış baş verib, 6 nəfər ölüb

Suriyanın İdlib bölgəsində baş verən partlayışda 6 nəfər ölüb, onlarla insan xəsarət alıb.

 

Partlayış silah-sursat anbarında baş verib.

 

Suriya Mülki Müdafiə təşkilatı dağıntılar altında qalanların olduğunu və ölü sayının artacağını bildirib.

 

SANA xəbər agentliyi 140 nəfərin yaralandığını xəbər verib.

 

Ard-arda baş verə partlayışların xilasetmə tədbirlərinə mane olduğu qeyd olunub.

 

Hadisənin baş vermə səbəbləri məlum deyil./APA

Tarix: 24 İyul 2025, 17:41   
Избранный
82
7
pravda.az

8Источники