Amur vilayətində qəzaya uğrayan An-24 təyyarəsində olanların hamısı həlak olub.
Bu barədə Rusiya KİV-i Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Bununla əlaqədar rayonda 3 günlük matəm elan edilib.
Bu təyyarənin göyərtəsində 5-i uşaq, 6-sı ekipaj üzvü olmaqla 43 sərnişin olub.
Qəzaya ehtimal edilən səbəb hava şəraiti olub.
Təyyarə dağlarla əhatə olunmuş buludlu havada eniş üçün yaxınlaşırdı.