RU

Prokurorluq: Bu il 17049 cinayət qeydə alınıb

Bu ilin birinci yarımilində ölkə ərazisində 17049 cinayət qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, onların 90,2 faizinin açılması təmin edilib, ümumilikdə ölkə üzrə cəmi 7477 cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan 536-ı prokurorluq orqanlarında istintaq edilmişdir.

Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5839 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

"Cebheinfo.az" 

Избранный
25
6
cebheinfo.az

10Источники