Növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək “Karvan-Yevlax” heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Yevlax təmsilçisi Olavale Doyeninin transferini rəsmiləşdirib. Nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plateau Yunayted” klubunda forma geyinib.