RU

Həyat yoldaşı, gəlini, qızı və rəfiqəsi ilə istirahətə gedən AZƏRBAYCANLI MƏŞHURLAR

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı məşhurların yay istirahəti davam edir. Hazırda onların bəziləri xaricdə, bəziləri isə Azərbaycanda dincəlir. Onlar arasında həyat yoldaşı, gəlini və oğlu ilə istirahətə gedənlər də var. Bəs görəsən məşhurlar indi harada və kiminlə istirahət edir?

Model Diana Əhədpur

Azərbaycanlı model Diana Əhədpur isə hazırda Bodrumda oğlu ilə istirahətinə davam edir. O Bodrumda türkiyəli məşhur DJ Mahmut Orhanın konsertində olub. Diana konsertdən olan görüntülərini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. 

Aktyor Taleh Yüzbəyov

Məşhur aktyor Taleh Yüzbəyov da istirahət edən məşhurlar arasındadır. O dincəlmək üçün ölkədəki "Sea Breeze" kurort mərkəzini seçib. Aktyor ora bloger həyat yoldaşı Xatirə Yüzbəyova ilə gedib. Cütlük istirahətindən lentə alınan görüntüləri sosial şəbəkədə paylaşıb. 

Müğənni Nadir Qafarzadə

Müğənni Nadir Qafarzadə də digər həmkarları kimi istirahətə yollanıb. Sənətçi hazırda Monteneqroda dincəlir. İfaçı istirahətə həyat yoldaşı, gəlini və oğlu ilə birlikdə yollanıb. O bu barədə sosial şəbəkədə bildirib. Müğənninin hovuzdan olan videosu izləyiciləri tərəfindən maraqla qarşılanıb. 

Müğənni Nəfəs

Müğənni Nəfəs də istirahət üçün ölkəmizi seçib. O məşhur kurort mərkəzlərindən biri olan Nabranda dincəlib. İfaçı orda həm konsert verib həm də istirahət edib. 

Müğənni Gülay Zeynallı

Müğənni Gülay Zeynallı da tətilə yollanan məşhurlar arasındadır. O tətil üçün Yunan adası Santorinini seçib. Gülay qızı Sahilə və rəfiqəsi ilə birlikdə adada dincəlir. Sənətçi istirahətindən olan fotolarını sosial şəbəkə hesabında yayımlayıb.

Müğənni Günay İbrahimli

Müğənni Günay İbrahimli uzun müddətdir Misirdə istirahət edir. Səhətçi rəfiqəsi ilə yollandığı istirahətindən görüntüləri sosial şəbəkədə yayımlayıb. İfaçı Qırmızı dənizdən dənizdə çəkilən fotossesiyasını da izləyiciləri ilə bölüşüb. 

Bloger Nagehan Abdullayeva

Bloger Nagehan hazırda Türkiyədə istirahət edir. O Büyükadadan lentə alınan fotolarını şəxsi instaqram hesabında paylaşıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
3
baku.ws

4Источники