Məlum olduğu kimi, “Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo yay məzuniyyətindədir.
Arena.az məlumat verir ki, “Kriş” özünü sosial şəbəkə hesabları üzərindən sevgilisi Corcina Rodrigeslə birgə dəniz səyahətindən şəklini paylaşıb.
Şəkildən göründüyü kimi, cütlük dəbdəbəli yaxtadakı hovuzda qol-boyun olaraq həyatın ləzzətini çıxarır.
Xatırladaq ki, Ronaldo ilə Corcinanın rəsmi nikahı haqda məlumat yoxdur, amma cütlük 2016-cı ildən birlikdə yaşayır və beş uşaq böyüdür.