“Karvan” növbəti transferini reallaşdırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi nigeriyalı futbolçu Olavale Doyeni heyətinə qatıb.

Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.21 yaşlı mərkəz müdafiəçisi son olaraq ölkəsinin “Plateau United” klubunda forma geyinib.

Qeyd edək ki, “Karvan” bundan öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Souza, Kyle Spence, Qavi Tompsonu heyətinə qatıb.