RU

Təmir adıyla təzyiq: “Rusiya qazı siyasi alətə çevirir”

Rusiyadan Ermənistana təbii qazın nəqli müvəqqəti olaraq dayandırılıb.
Bu barədə “Qazprom Ermənistan”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, təbii qazın nəqli 60 saat müddətinə, yerli vaxtla iyulun 24-ü saat 07:00-dan iyulun 26-sı saat 19:00-dək dayandırılacaq.
Qaz nəqlinin dayandırılmasına “Şimali Qafqaz - Zaqafqaziya” magistral qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Qazax-Sağuramo” hissəsində aparılan təmir işləri səbəb olub.
Şirkət vurğulayıb ki, istehlakçılar qaz təchizatında fasilə hiss etməyəcəklər. Tələbat daxili ehtiyatlar və İrandan əlavə tədarüklər hesabına təmin ediləcək.

ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Sherg.az”a söyləyib ki, bu texniki səbəbdən çox, siyasi səbəbə bənzəyir:

“Çünki  bu cür addımlarla qonşu ölkələrə müxtəlif təsir mexanizmləri yaratmaq Rusiyanın həmişəki halıdır. Əgər bu texniki məsələdirsə, Ermənistan iqtisadiyyatına ciddi təsir göstərməyəcək. Çünki bütün ölkələrdə yeraltı qaz anbarları var və orada ehtiyyat üçün qaz saxlanılır. Bundan əlavə, Ermənistanın İrandan aldığı xətt var ki, oradan 20-25 faiz qaz ehtiyaclarını ala bilir. Azərbaycan məhsullarında guya zaman-zaman zərərli maddələrin tapılması da buna bənzər hadisədir”. 

Kəmalə Vəliyeva
Избранный
99
sherg.az

1Источники