RU

Macarıstan XİN naziri: Trampa minnətdar olmalıyıq

“ABŞ siyasətində əsaslı dəyişiklik etdiyi üçün prezident Trampa minnətdar olmalıyıq”.

Bakues.az “TASS”a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Piter Siyyarto deyib.

Onun sözlrinə görə, Trampın Ağ Evə qayıtmasından sonra ABŞ və Rusiya prezidentləri arasında kommunikasiya xətləri yenidən qurulub:

“Rusiya və Amerika liderləri arasında birbaşa əlaqə xəttinin olması bütün dünyanı, o cümlədən Mərkəzi Avropanı daha təhlükəsiz edir. Belə bir dialoq olmadan dünya daha az təhlükəsiz olur. Ümid edirik ki, Tramp və Putin bir-biri ilə əlaqə saxlamağa və danışmağa davam edəcəklər. Avropaya gəlincə, təəssüf ki, bir çox Avropa liderləri sülh səylərinə mane olurlar. Onlar sülh tərəfdarı ola bilərlər, amma əslində bu münaqişəni qızışdırırlar”.

Asim

Избранный
43
icma.az

1Источники