ABŞ Nümayəndələr Palatası "JPMorgan" və "Bank of America"dan Çinin elektrik avtomobil akkumulyatorları istehsalçısı CATL-nin səhm yerləşdirilməsində iştirakları ilə bağlı sənədləri təqdim etməyi tələb edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
CATL-ın səhm yerləşdirilməsi Honq Konq Birjasında baş tutub və 4,6 milyard dollar cəlb edib və bu, ilin əvvəlindən bəri ən böyük yerləşdirmə olub. Onun hazırlanmasında "JPMorgan" və "Bank of America" da iştirak edib.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi CATL-ni hərbi hesab etdiyi şirkətlər siyahısına daxil etmişdi. Hələ aprel ayında ABŞ Konqresinin həmin komitəsi banklardan CATL ilə işləməkdən imtina etməyi tələb edərək, bu səhm yerləşdirilməsində iştirakın onlar üçün “ciddi tənzimləmə, maliyyə və reputasiya risklərinə” səbəb olduğunu xəbərdar etmişdi. Bununla belə, banklar Çin şirkəti ilə işləməyə davam ediblər.