RU

Qadın təcili yardım maşınında uşaq dünyaya gətirdi

Mingəçevirdə qadın təcili yardım maşınında uşaq dünyaya gətirib.

News24.az "Unikal"a istinadla bildirir ki, 1995-ci il təvəllüdlü şəhər sakini Səbirə Abdulkərim qızı Balakişiyevanın doğum sancıları ilə əlaqədar Təcili Tibbi Yardım Xidmətinə çağırış edilib. Həkim briqadası hadisə yerinə çatsa da, qadın xəstəxanaya çatanadək ikinci dəfə ana olub.

O, 4200 qram çəkidə qız uşağı dünyaya gətirib. Doğum şöbəsinə yerləşdirilən ana və körpənin durumu normal olaraq qiymətləndirilir.


Избранный
42
2
news24.az

4Источники