RU

Rusiya Xarkovun mərkəzinə zərbə endirdi: Xəsarət alanlar var – VİDEO

Rusiya ordusu Xarkov şəhərinə idarə olunan iki aviasiya bombası ilə zərbə endirib. Zərbələr şəhərin yaşayış massivlərinə tuş gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı şəhər meri İqor Terexov yayıb.

Onun sözlərinə görə, çoxmərtəbəli binaya idarə olunan aviasiya bombası düşüb:

“Dağıntılar altında insanların olduğu bildirilir. İkinci zərbə mülki bir müəssisəyə dəyib. Yanğın baş verib. Dəqiqləşdirilmiş məlumata görə, bombalardan biri çoxmərtəbəli binanın yaxınlığına düşüb. Təxminən 15 avtomobil yanır. Bir nəfərin xəsarət aldığı bildirilib”.

Daha sonra o, əlavə edib ki, xəsarət alanların sayı 16 nəfərə çatıb.

Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, xəsarət alanlar arasında 27 yaşlı bir qadın da var.

Xatırladaq ki, 24 iyul gecəsi Rusiya ordusu Ukraynanın bir neçə vilayət mərkəzinə hücum edib. Xüsusilə, raket zərbəsi nəticəsində Çerkassıda yaralananlar var. Bundan başqa, Odessa şəhərindəki “Privoz” bazarı da zərbəyə məruz qalıb. Həmçinin şəhərdə çoxmərtəbəli bina, fərdi yaşayış evi və yanacaqdoldurma məntəqəsi də zədələnib.


Bizim.Media

Избранный
127
50
bizim.media

10Источники